Skip to content

Latest commit

 

History

History
116 lines (72 loc) · 8.6 KB

README.aze.md

File metadata and controls

116 lines (72 loc) · 8.6 KB

Open Source Love License: MIT Open Source Helpers

İlk töhfələr

Bu layihə, yeni başlayanlar üçün ilk töhfələrini vermə yollarını sadələşdirmək və yol göstərmək məqsədi daşıyır. İlk töhfənizi vermək istəyirsinizsə, aşağıdakı addımları tekrar edin.

Əgər komanda sistemi (Command Prompt) ilə işləyə bilmirsinizsə, burada GUI alətlərindən istifadə edən təlimatlar tapa biləriniz.

fork this repository

Kompüterinizdə GIT yoxdursa, buradan quraşdıra bilərsiniz .

layihəni "çəngəlləmə"

Səhifənin yuxarı hissəsindəki "Fork" düyməsini vuraraq bu layihəni çəngəlləyin. Bu, hesabınızda bu layihənin bir kopyasını yaradacaqdır.

Depoyu (Repository) klonlama

clone this repository

İndi çəngəlli depoyu kompüterinizə klonlayın. GitHub hesabınıza daxil olun, çəngəlli depoyu açın, kod düyməsini vurun və sonra copy to clipboard klikləyin.

Daha sonra komanda sistemini açın, aşağıdaki git komandasını daxil edin:

git clone "kopyaladığınız-url"

"kopyaladığınız-url" (dırnaq işarəsi olmadan) yerinə, bu deponun GitHub səhifəsindən aldığınız linki kopyalayın.

copy URL to clipboard

Misal üçün:

git clone https://github.com/istifadeci-adi/first-contributions.git

istifadeci-adi sizin GitHub istifadəçi adınızdır. Burada, GitHub-dakı ilk töhfələr deposunun içindəkilərini kompüterinizə kopyalayırsınız.

Budaq (Branch) yaratmaq

Kompüterinizdəki anbar qovluğuna keçin (əgər orada deyilsinizsə):

cd first-contributions

git checkout əmrindən istifadə edərək bir Budaq (Branch) yaradın:

git checkout -b <sizin-yeni-budağ-adınız>

Misal üçün:

git checkout -b add-alonzo-church

(Budaq adının içinde add sözünün olması məcbur deyil, ancaq bu bölmənin məqsədi adınızı siyahıya əlavə etmək olduğu üçün daxil etmək məqbuldur.)

Lazımi dəyişiklikləri edin və bu dəyişiklikləri həyata keçirin.

İndi, Contributors.md faylını mətn redaktorunda açın və adınızı əlavə edin. Faylın əvvəlinə və ya sonuna əlavə etməyin. Arada bir yerə qoyun. İndi faylı saxlayın.

git status

Layihə qovluğuna gedib git status əmrini icra etsəniz, dəyişikliklərin olduğunu görəcəksiniz.

Bu dəyişiklikləri git add əmrindən istifadə edərək yaratdığınız Budağa əlavə edin:

git add Contributors.md

İndi, git commit əmrindən istifadə edərək bu dəyişiklikləri həyata keçirin:

<your-name> adınız ilə əvəz olunsun.

Dəyişiklikləri GitHub'a itələyin (push)

Dəyişikliklərinizi "git push" əmrindən istifadə edərək itələyin:

git push origin <add-your-branch-name>

<add-your-branch-name> yerinə öz istifadəçi adınızı daxil edin.

Dəyişikliklərinizi nəzərdən keçirmək üçün göndərin.

GitHub-dakı anbarınıza daxil olsanız, Compare & pull request düyməsini görəcəksiniz. Bu düyməni vurun.

create a pull request

İndi çəkmə tələbini (pull request) göndərin.

submit pull request

Tezliklə bütün dəyişikliklərinizi bu layihənin master filialına birləşdirəcəyəm. Dəyişikliklər birləşdirildikdən sonra bildiriş e-poçtu alacaqsınız.

Bundan sonra nə edə bilərəm?

Təbriklər! Töhfə olaraq tez-tez qarşılaşacağınız standart fork -> clone -> edit -> pull request tamamlamısınız!

Töhfənizi qeyd edin və veb tətbiqetməyə girərək dostlarınız və izləyicilərinizlə bölüşün.

Hər hansı bir köməyə ehtiyacınız və ya suallarınız varsa, Slack komandamıza qoşula bilərsiniz.

İndi isə, başqa layihələrə töhfə verməyə başlayaq. Başlaya biləcəyiniz asan məsələləri olan layihələrin siyahısını hazırladıq, Siyahıya baxın.

Digər texnologiyalar haqqında təlim

GitHub Desktop Visual Studio 2017 GitKraken VS Code Sourcetree App IntelliJ IDEA
GitHub Desktop Visual Studio 2017 GitKraken Visual Studio Code Atlassian Sourcetree IntelliJ IDEA